Muəllif:

Gürcüstanda Azərbaycan və Ukrayna vətəndaşlarından ibarət gəmi ekipajı saxlanılıb

Beliz bayrağı altında üzən “İREM” gəmisi Abxaziyanın dəniz rayonuna daxil olmaq qaydalarını pozduğuna görə saxlanılıb, xəbəri noyabrın 12-də Gürcüstan DİN-in mətbuat xidməti yayıb.
“Gəmidə kapitan, Azərbaycan vətəndaşı Avif Meçio və ekipaj üzvləri – beş Ukrayna vətəndaşı və iki Azərbaycan vətəndaşı var”, deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, gəmi Türkiyəyə gedərkən saxlanılıb. Gürcüstan CM 332-1-ci maddəsi (işğal edilmiş ərazilərə giriş qaydalarının pozulması) ilə istintaq aparılır.
Azərbaycanın Gürcüstan səfirliyi hələlik bu faktla bağlı şərh vermir. Göründüyü kimi, gəmi kapitanının adı və soyadı fərqli səslənir, çünki Azərbaycanda belə ad yoxdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149