Muəllif:

Gürcüstan XİN: bu saat Rusiya ilə diplomatik əlaqələrin bərpası mümkünsüzdür

Rusiya qoşunları Abxaziya və Tsxinval bölgəsində olduqları müddətdə  Rusiya ilə diplomatik əlaqələrin bərpası barədə söhbət belə gedə bilməz. Georgia Online saytının xəbərinə görə, bu barədə dekabrın 21-də Rustavi-2 telekanalının efirində Gürcüstan XİN rəhbəri Maya Pancikidze bəyan edib.

“Ərazilərimizin 20 faizi işğal altında olduğu şəraitdə Rusiya ilə diplomatik əlaqələrin bərpası mümkünsüzdür və Rusiyada da bu barədə bilirlər”, deyə Pancikidze vurğulayıb.

 Rusiya ilə vizasız rejimin mümkünlüyünə toxunan Gürcüstan XİN rəhbəri hesab edir ki, bu “Gürcüstanın son bir ildə apardığı siyasət nəticəsində mümkün olub”. Bununla belə, Maya Pancikidze qeyd edib ki, Gürcüstan ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcək

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139