Gürcüstan vətəndaşlarından ibarət oğru qrupu aşkar edilib
Oğurluq etdiklərinə görə tutulmuş üç Gürcüstan vətəndaşının Bakı şəhəri ərazisindəki bir neçə evdən də oğurluqlar törətmələri müəyyən edilib. DİN saytına istinadən, Yasamalda 29-cu Polis Bölməsi əməkdaşları tərəfindən, oğurluq etdiklərinə görə tutulmuş Gürcüstan vətəndaşları Heydər Mursaquliyevin, Rafiq Musayevin və onun qardaşı Paşanın ətrafında əlavə əməliyyat tədbirləri aparılıb.
Aparılan tədbirlər nəticəsində onların, Rəşad Müseyibovun, Elnur İsmayılovun mənzillərindən məişət və inşaat materialları, habelə avqustun 12-də Yeni Yasamal-2 yaşayış sahəsində Bakı şəhər sakini Xəyal Quliyevə məxsus evdən tikinti materiallarını oğurlamaları da müəyyən edilib.
Gürcüstan vətəndaşlarının törətdikləri oğurluq hadisələri ilə bağlı araşdırmalar davam etdirilir.