Muəllif: Redaksiya
Gürcüstan parlamentinə «bomba qoyan» gənci 3 ilədək həbs gözləyir
Gürcüstan parlamentinə bomba qoyulması barədə yalan məlumat verən şəxs yaxalanıb. Gürcüstan DİN mətbuat xidmətinin məlumatına görə, Xaşuri rayonunun sakini etdiyi anonim zəngdən 3 saat sonra evinin yaxınlığında saxlanılıb. O öz günahını etiraf edib. Bu 17 yaşlı gənci 3 ilədək həbs gözləyir.
Bölüm: Kriminal
Oxunma sayı: 129