Muəllif: İsmayıl Umudlu
Gürcüstan GUAM-da sədrliyə başladı
Gürcüstan yanvarın 1-dən rəsmən GUAM-a sədrliyə başladı. Trend-in məlumatına görə, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bildirib ki, ölkə keçən il dekabrın 7-də Dublində ATƏT nazirlərinin görüşü çərçivəsində keçirilən bu qurumun Xarici İşlər Nazirləri Şurasının iclasında GUAM-ın sədrliyini qəbul edib.
GUAM-a sədrlik Azərbaycandan Gürcüstana keçib. Pancikidze demişdir: «Sədrlik dönəmində Gürcüstan bu birliyi genişləndirməyi planlaşdırır. Güney Koreyanın təşkilatın tərəfdaş ölkəsi olacağı gözlənilir. Biz münasibətləri təkcə xarici işlər nazirləri deyil, sahə nazirlikləri və parlament qrupları səviyyəsində də genişləndirməyi nəzərdə tutmuşuq».
Bölüm: Redaktor seçimi
Oxunma sayı: 157