Muəllif:

Gürcüstan avtobusu «birdən alışdı»

Bu gün səhər saat 10:00 radələrində Bakıxanov massivində küçənin kənarında Gürcüstan avtobusu «birdən alışdı». Hadisə Sabunçu İH binasının 20-30 addımlığında baş verdi. Dərhal
ətrafa çoxlu insan topalaşdı. Küçə ilə nəqliyyatın hərəkəti dayandığından tıxac əmələ gəldi.
Bakı ilə Gürcüstan rayonları arasında işləyən RJB 777 nömrəli şəhərlərarası avtobus tamam yanmış sayıla bilər. Yanğınsöndürən maşınlar bir az ləng gəldiyindən onun yalnız karkası qaldı və təmiri mümkün görünmür. Xoşbəxtlikdən tələfat yoxdur.
Qeyd edək ki, bu səmtdəki «Aygün City»nin arxasındakı qaraj meydançasından vaxtaşırı
Gürcüstan marşrutunda işləyən avtobuslar yola düşür.
Avtobus yandığı yer ilə keçmiş küçə bağçasında (skver — bura İH binasının arxasıdır, ağaclar məhv edildi və tikinti başladılıb) ucaldılan naməlum təyinatlı yeni tikintinin ağac materialları arasında çox qısa məsafə vardı. Yanğın 9-mərtəbə yaşayış binasının küçəyə yaxın tərəfini də qarsalaya bilərdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 375