Gürcülər Rusiya bayrağıni yandırdılar
Fevralın 25-də Gürcüstanın Sovet Rusiyası tərəfindən işğalı günüdür. tarixdən bəlli olduğu kimi, bu hadisə 25 fevral 1921-ci ildə baş verib və sovet dönəmində bayram kimi qeyd edilirdi. İndi isə nifrətlə yad edilir. Bu münasibətlə Tbilisidə “Rusiya işğalına qarşı” adlı iki aksiya keçirilib və bu aksiyaların birində Rusiya bayrağı yandırılıb, — deyə «Novosti Qruziya” xəbər verir.
Aksiya iştirakçılarından biri, həkim Revaz Çantladze bildirib ki, Gürcüstanın faciələri məhz o gündən sonra başlayıb. Aksiyalarda Rusiya ordusunun işğal olunmuş Güney Osetiya və Abxaziyadan çıxarılması, Gürcüstanın ərazi bütövlüyünün bərpası tələb olunub.
Elə Azərbaycanın da faciələri 28 aprel 1920-ci ildən başlanıb. Bu iki qonşu və qardaş ölkənin faciələri Rusiyanın əməlləri üzündən bu gün də davam edir.