Muəllif: Redaksiya
Avropa Birliyinin enerji üzrə komissarı Günter Ottinger Bakıda Şahdəniz layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxışında deyib ki, Şahdəniz üzrə qəbul olunan qərar tarixi önəm daşıyır, Avropa Komissiyasının sədri adından Azərbaycanı və layihədə iştirak edən şirkətləri təbrik edib. Ottinger qeyd edib ki, layihənin həyata keçirilməsi AB ilə bölgənin əlaqələrini möhkəmləndirəcək və enerji ehtiyatlarının Avropaya nəqlini müxtəlifləşdirməyə imkan yaradacaq.
Günter Ottinger: Şahdəniz üzrə qəbul olunan qərar tarixi önəm daşıyır

Bölüm: İqtisadiyyat
Oxunma sayı: 155