Muəllif:

Güney Koreyadan 3 milyard dollarlıq silah və hərbi texnika almaq niyyətimiz var

Azərbaycan dünyz silah bazarında öz yeri olan Güney Koreyadan böyük partiya çağdaş silah almaq niyyətindədir. Bu barədə Güney Koreya parlamentindəki qaynaq bildirib. Çağdaş hərbi texnika almaq arzusu Güney Koreya parlament heyətinin Azərbaycana səfərinin gedişində səsləndirilib. Azərbaycan tərəfi Güney Koreyadan ümumi dəyəri 3 milyard dollar təşkil edən iki sualtı qayıq, eskadra mina gəmisi, nəqliyyat gəmisi, səsdən sürətli “T-50” təlim təyyarələri, dünyada ən yaxşı hesab olunan 155 millimetrlik K-9 özüyeriyən artilleriya qurğusu, helikopterlər, pilotsuz uçuş aparatları, odu ram edən sistemlər almaq arzusunu ifadə edib.

Bu təkliflər Güney Koreya hökumətinin nəzərinə çatdırılsa da, Koreya tərəfi hələlik bu sazişə razılıq verməyib.

Nəşrin yazdığına görə, rəsmi Seul bu silah satışının bölgədə qüvvələr balansını dəyişəcəyindən ehtiyatlanır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını nəzərə alaraq Güney Koreya XİN Müdafiə Nazirliyinə bu barədə qərar qəbul edərkən ehtiyatlı və təmkinli olmağı tövsiyə edib…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182