Muəllif:

Güney Azərbaycan: tutulan 36 fəaldan 30-u sərbəst buraxılıb

İyunun 27-də səhər saatlarında İranda həbs edilmiş azərbaycanlı fəalların 6-sı saxlanılmaqla qalanları sərbəst buraxılıb. Güney qaynaqlarına istinadən, onlar ETTELAAT-ın Urmiya təcridxanasında saxlanılırlar. Bunlar universitet müəllimi, xanım Suməyya Əli Dusti, bloqqer Vəhid Faizpur (Kiyaksər), Meysəm Azadi, Qulam Qulizadə, Vəhid Nəsibi və Mürtəza Zərrindir.

İyunun 27-də Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə 36 azərbaycanlı fəal həbs edilib. Onlardan 8 nəfəri qadındır. Onların arasında İranın qadın futbolçulardan ibarət yığma komandasının oyunçusu Pəriya Xəlilzadə, anası Məsumə Pərivəj və bacısı Sevda Xəlilzadə də var. Bundan əlavə, tutulanlar arasında Hüseyn və Zəhra Zadqasımlar, Nima və Sina Həsənilər, Sima Sakini və Milad (Sabutay) Kolani, Tohid Həsəni, Səid Lütfi, Səid Əbdi və İrfan adlı azərbaycanlı fəal da olub. Ancaq həbs zamanı İran nizam-intizam qüvvələri (polis) ilə azərbaycanlı fəallar arasında qarşıdurma baş verib. Buna səbəb polisin Səhənd dağının yamaclarına getmək istəyən qrupdakı azərbaycanlılardan bir xanımı təhqir etməsi və ona qarşı sayğısızlıq göstərməsi olub. İran polisləri toqquşmanı yatırmaq üçün rezin dəyənəklərdən istifadə ediblər. Nəticədə bir neçə azərbaycanlı fəal yaralanıb, iki nəfər huşunu itirib. Hətta azərbaycanlı xanımlardan birinin (onun universitet müəllimi Suməyya Əli Dusti olduğu deyilir) ağır yaralandığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 205