Günay Musayevadan qəddar və kinli obraz
Türkiyədə çalışan model Günay Musayeva Rusiya1 televiziyasından təklif alıb. Model Rusiyanın tanınmış rejissoru Murad Əliyevin dəvət ılə “Türk tranziti” adlı serialda baş rola çəkilir. 8 bölümlük seriyalda türkiyəli Şahnur obrazını canlandıran Günay artıq Rusiyanın paytaxtı Moskvada baş tutan çəkilişlərin bir hissəsində iştirak edib.
Serial rus yazarı Vladimr Qrinkovun “Türk tranziti” əsərinin motivləri əsasında çəkilir. Ekran işində tanınmış rus kino aktyorları Yanina Studilina, Boris Serbakov, Yulya Melnıkova, Eldar Lebedev, Vladimr Jerebcov, Larisa Kadocinkova, Beso Qataev, Maksim Vajov, Aleksandr Lobanov rol alıb.
Qeyd edək ki, Günay Musayeva Türkiyədə keçirilən kastinqdə 380 aktyor arasından seçilib. Serial rus -türk ortaq mafiyasından bəhs edir. Rusiyalı ekiz bacıların mafiya tərəfındən oğurlanaraq Türkiyəyə gətirilməsi və daha sonra onların başına gələn acı hadisələrdən bəhs edir. Şahnur aristokrat bir ailədən gələn gözəl, eyni zamanda qəddar və kinli türk qadınıdır.
Serial gələn ilin ilk ayı Rusiyanın birinci kanalı olan Rossiya1 TVdə yayımlanacaq.