Günay Musayevadan kişi həmkarına sərt mesaj
Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva Rusiyanin Rossiya kanalının çəkdiyi “Türk tranziti” serialinda çəkilmək üçün Bosnya Hersoqovinaya gedəcək. Noyabrın sonunda serialın davamına çəkilmək üçün Saroyeva şəhərinə yollanacaq model, Bosniyadan Bolqarıstana “Best Model of the world” yarışmasının münsiflər hyətində iştirak etmək üçün sözügedən ölkəyə yollanacaq. Baxmayaraq ki vaxt baxımından bu il ölkəmiz yarışmada iştirak etməyəcək, amma Best Model of the world-da Azərbaycan nümayəndəsi münsiflər heyətində yer alacaq. Bu barədə müsabiqənin ölkəmmiz üzrə təmsilçisi Günay Musayeva məlumat verib.
“Ölkəmiz müsabiqədə gələn il təmsil olunacaq. Bu məsuliyyətli işi mənə tapşırdığı üçün Erkan Özermana təşəkkür edirəm. Vaxt azlığından qərara gəldik ki, müsabiqəni gələn il təşkil edək. Bu il sadəcə olaraq müsabiqədə yenə də münsif kürsüsündə əyləşəcəm və ölkəmi layiqincə təmsil edəcəm”.
Günay 2010-cu ildə onunla birlikdə birinci seçilən lakin bu il Azərbaycanı “Best Model of the world” -da təmsil etmək istəyən həmkarına ismarıc da göndərib. Günayı modelin özbaşınalığı qıcıqlandırıb.
“2010-cu ildə mənimlə birgə birinci seçilən, amma öz səhvi üzündən “Best model of world”ə vəsiqə qazana bilməyən adını belə çəkmək istəmədiyim kişi finalçısı hələ də sakitləşməyib, O tez-tez “Best model of the world”un koordinatoru Silvester Lolova zəng vuraraq narahat edir. Hətta o, Erkan Özermanın İstanbuldakı ofisinə gedərək müsabiqəyə yenidən qatılmaq istədiyini bildirib. Onun nəzərinə çatdırmaq istəyirəm ki, üç il əvvəl müsabiqədə qalib gəlibsə, onun bu il dünya yarışmasında iştirak etməyi qanuni cəhətdən doğru deyil. Sakitləşsin və Azərbaycanda yarışma keçiriləcəyi günü gözləyib özünü yenidən sınasın”.