Günahsız öldürdülən dayısına mahnı həsr etdi
Lirik melodiya üzərində yazılan və çox dinlədiyimiz “Əziz dost” mahnısına yeni nəfəs veriləcək. İlahə İbadovanın mahnıya müraciəti uzun illərə söykənir Bir nisgil ona bu mahnını göz yaşları içində səsləndirməyə vadar edib. Sənətçi nəhayət, mahını lentə yazdırmağa qərar verib və onu geniş publika ilə bölüşəcək. Onu kövrəldən səbəb isə bir itkidir:
“Dayım bu mahnını bəlkə də, canından çox sevərdi. Söz vermişdim ki, bir az böyüyüm mahnını onun üçün yazdıracam. Cavan idi. Onu günahsız öldürdülər. Hadisə dayımın toyuna 4 gün qalmış baş verdi. Bu itki bütün bir nəsilə dağ oldu. Mahnını uzun zamandan sonra hazırlayıram. Bu kədər ifamda yəqin ki, özünü göstərəcək” – deyir.
İlahə repertuarını şən mahnılara da kökləyir. Öyrəndik ki, sənətçi Ruslan Səfəroğluya məxsus yeni mahnı hazırlayır. Bu günlərdə Türkiyədə aranjeman olunub gələn mahnı studiyada lentə yazılır.