Muəllif:

Gültəkin Hacıbəyli məhkəmədə ifadə verdi

Bu gün Yasamal Məhkəməsində keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı onun keçmiş həyat yoldaşı və baldızı tərəfindən qaldırılan iddia üzrə məhkəmə davam etdirilirdi. Prosesdə Mahmud Mehdiyev bildirdi ki, Gültəkin Hacıbəyli “Azadlıq radiosu” müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib, onunla bağlı böhtan xarakterli fikirlər səsləndirib. Gültəkin Hacıbəylinin vəkilləri bildirdi ki, Mahmud Mehdiyevin şər-böhtan, təhqir adlandırdığı fikirlər ilk növbədə müxtəlif saytlarda dərc olunub və Gültəkin Hacıbəyli də həmin yazılara istinad edərək fikir bildirib.
Sonra vəkil Mahmud Mehdiyevə sual edi: Əgər sadaladığınız fikirləri şərəf və ləyqətinizin alçaldılması hesab edirsinizsə, niyə buna görə həmin saytlardan şikayət etməmisiniz, bu haqda təkzib verilməsini istəməmisiniz? Bu suala Mahmud Mehdiyev qeyri-müəyyən cavab verib və bildirib ki, həmin məlumatlarla tanış deyil (?!).
Daha sonra Gültəkin Hacıbəyli bildirdi ki, qarşı tərəf məhkəməyə ərizə verərkən CM 293.3.1 maddəsi kobud şəkildə pozulmuşdur. “Belə ki, Qanunda nəzərdə tutulmuş bütün tələblərə əməl edilməyib və qarşı tərəf özü haqqında bütün məlumatları ərizədə qeyd etməmişdir. Hesab edirəm ki, bu nöqsan deyil, kobud qanun pozuntusudur. Digər tərəfdən mən Aynur Mehdiyevanı ağır və xüsusi ağır cinayətdə ittiham etmişəm. “Azadlıq radiosu”nda çıxışım vaxtı isə Mahmud Mehdiyevdə efirə qoşulub və öz fikirlərini ifadə edib. Yəni, radioda səsləndirdiyim fikirlərə özü də cavab verib. Onu da qeyd edim ki, mən radioda çıxış edərəkən Mahmud Mehdiyevin böhtan adlandırdığı fikirləri, ona istinadən söyləməmişəm. Bu baş verənlərdə təhqir olunan, böhtanla üzləşən mən olmuşam. Belə ki, Mahmud Mehdiyev mətbuat konfransı keçirərək məni cinayətdə, rüşvətxorluqda ittiham edib”, — deyə Gültəkin Hacıbəyli bildirdi.
Daha sonra vəkillər Mahmud Mehdiyevdən bacısı Aynurə Mehdiyevanın cinayət məsuliyyətinə cəlb edilməsi və Filippin vətəndaşını istismar etməsi haqqında məlumatlı olub-olmadığını soruşdu. Mahmud Mehdiyev bildirdi ki, bu məsələ ilə bağlı deyilənlər yalandır, hazırda istintaq işi gedir və həmin şəxs müqavilə əsasında işləyir. Mahmud Mehdiyev onu da əlavə etdi ki, bu məsələyə hüquqi qiymət verilmədən, Aynurə Mehdiyeva haqqında nəsə danışmaq düzgün deyil və bacısı sadəcə olaraq şahiddir.
Daha sonra şahid qismində Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev ifadə verdi. O, bildirdi ki, rəhbərlik etdiyi quruma adı çəkilən Filippin vətəndaşı müraciət edib və Aynurə Mehdiyevanın qanunsuz əməllərinin qurbanı olduğunu bldirib: “Biz insan alveri qurbanlarına pulsuz hüquqi yardım göstəririk və DİN-lə bu istiqamətdə əməkdaşlıq edirik. Bir müddət əvvəl Filippin vətəndaşı bizə müraciət etdi və məcburi əməyə cəlb edildiyini bildirdi. Biz bu məsələni araşdırdıq və fakt üzrə cinayət işi başlandı. İstintaq müddətində zərərçəkmiş Filippin vətəndaşı, Aynurə Mehdiyeva ilə üzləşdirilib və bildirib ki, ona pul verilməyib, azadlığı məhdudlaşdırılıb. Qeyd edim ki, Filippin vətəndaşı burda qeyri-qanuni yaşayıb və turizm vizası ilə ölkəyə gətirilib”…
Sonda Gültəkin Hacıbəylinin vəkilləri tələb edib ki, zərərçəkən məhkəmə zalına gətirilib dindirilsin. Növbəti məhkəmə iclası noyabrın 14-da saat 17:00- da keçiriləcək.
Mehdiyev Mahmud Lətif oğlu və onun bacısı Mehdiyeva Aynur Lətif qızını Yasamal Məhkəməsinə Gültəkin Hacıbəylinin CM 147.1 (147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında iddia ilə müraciət ediblər.

İddianın qaldırılmasına səbəb kimi Gültəkin Hacıbəylinin keçmiş baldızı barədə mətbuatda səsləndirdiyi fikirlər əsas gətirilib. Qeyd olunub ki, bu il iyunun 13-də DİN saytı nazirliyin İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aynur Mehdiyevanın Dubay şəhərindən Filippin vətəndaşını dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə bir ildən artıq müddətə əməyini istismar etməsi faktını müəyyən etməsi barədə məlumat yayıb. Bundan sonra Gültəkin Hacıbəyli həmin məlumatı öz müsahibəsində xatırladıb. Bundan narazı qalan qarşı tərəf isə Hacıbəyliyə qarşı iddia ilə məhkəməyə müraciət edib…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 553