Muəllif: Redaksiya
Güllə yarası almış əsgərin vəziyyəti kafidir
Güllə yarası almış əsgərin vəziyyəti kafidir. Bu barədə MN mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib. 19 yaşlı Cavid Ələmşah oğlu Mehrəliyev düşmən gülləsinə tuş gəlib və hospitala yerləşdirilib. Hadisə Ermənistan silahlı birləşmələrinin Ağdam istiqamətində atəşkəsi pozması nəticəsində baş vermişdir.
Əsgər Cavid Mehrəliyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 187