Muəllif:

Güləşçilər Avropa çempionatına yola düşdülər

Sabah Makedoniyanın paytaxtı Skopye şəhərində güləş üzrə gənclərin Avropa çempionatı başlanır. Güləşçilərimiz artıq yola düşdülər. Yarışlar iyulun 7-dək davam edəcək. Proqrama əsasən, iyulun 2-3-də yunan-Roma, 4-5 iyulda gənc qızlar, 6-7 iyul tarixində isə sərbəst güləş yarışlarıdır.
Güləş Federasiyasından bildirildiyi kimi, Yunan-Roma güləşi üzrə yarışlarda ölkəmizi Ramiz Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Hacımurad Bağmanov (74 kq), Orxan Nuriyev (84 kq), Əli Həsənov (96 kq) və Abbas Abdullayev (120 kq) təmsil edir. Komandaya böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyev rəhbərlik edirlər.
Avropa çempionatında iştirak edən gənc qızlar böyük məşqçi Arif Fərmanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yollanıblar. Heyətdə Sahilə Ələkbərova (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Alyona Kolesnik (59 kq), Darya Korin (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıblar.
Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komanda böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında iştirak edirlər. Heyətdə Ruslan Qasımov (50 kq), Ruslan Surxayev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Hacımurad Ömərov (66 kq), Bəxtiyar İsrafilli (74 kq), Orxan Şərifov (84 kq), Səid Həmidov (96 kq) və Ali Maqomedabirovun yer alacaqları gözlənilir.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 196