Güləş yığmaları İspaniya Qran-Prisində iştirak edəcək
İyulun 13-də Madriddə sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında İspaniya Qran-Pri beynəlxalq turniri keçiriləcək. Yarışlarda sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası da iştirak edəcək. Azərbaycan Güləş Federasiyasından yayılan məlumata förə, məşqçilər David Kurtsiya və Semyon Çterovun başçılığı altında sərbəst güləş yığmasında Mahmud Məhəmmədov (55 kq), Qalib Əliyev (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Əşrəf Əliyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 96 kq) və Aslan Dzebişov yer alıb.
Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Ayub Azmudehin rəhbərliyi altında yunan-Roma güləşi yığması 4 çəki dərəcəsində turnirdə iştirak edəcək. Heyətdə Rövşən Bayramov, Elçin Əliyev, Orxan Əhmədov (hamısı 55 kq), Həsən Əliyev, Vitali Rəhimov, Rüstəm Əliyev, Azad Əliyev (hamısı 66 kq), Emin Əhmədov (74 kq) və Saman Təhmasibi (84 kq) yer alıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edir.