Muəllif:

Gülər Əhmədovanın məhkəməsi davam edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın işi üzrə məhkəmə prosesi davam edib. Bugünki prosesdə Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edib. O bildirib ki, məhkəməyə Abdullayevlə Əhmədova arasında mandat alverinin qeydə alındığı videoçarxın tam versiyası təqdim olunmayıb.
“Elşad Abdullayev qanunu pozaraq Gülər Əhmədovanın haqqında yalan məlumat verib”, — vəkil bildirib. O, məhkəmədən xahiş edib ki, KİV-də şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onun əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilsin. Həmçinin ekspert məhkəməyə dəvət olunsun və ziddiyyətli məlumatlar araşdırılsın.
Sonra fasilə elan olunub. Günün ikinci yarısında dövlət ittihamçısının çıxış edəcəyi gozlənilir.
Əhmədova CM 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. O, bu il fevralın 13-də həbs olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 100