Muəllif: Redaksiya
Gülər Əhmədovanın apellyasiya şikayəti təmin olunmayıb
Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbiri haqqında məhkəmə qərarından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Bu barədə APA-ya vəkili Eldar Qədimi məlumat verib. E. Qədimi apellyasiya şikayətinin təmin olunmadığını bildirib.
Qeyd edək ki, G. Əhmədova CM 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu qərardan isə apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması istənilib.
Bölüm: Xəbərlər
Oxunma sayı: 100