Muəllif:

Gülər Əhmədova məhkəmədə huşunu itirib

Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın işi üzrə məhkəmə prosesi davam edib. Bugünki prosesdə vəkil çıxış etməli idi. Lakin prosesin əvvəlində G.Əhmədovanın vəziyyəti pisləşib və o, huşunu itirib. Məhkəmə nəzarətçiləri onu zaldan çıxarıblar və “təcili yardım” çağırıblar. Bundan sonra iclas noyabrın 25-dək təxirə salınıb.
Dövlət ittihamçısı G.Əhmədovanın CM 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115