Muəllif: Redaksiya
Gülər Əhmədova hara, göz dustağı hara?
“Gülər Əhmədovanın barəsində ev dustaqlığı qəti-imkan tədbirinin seçilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”.
Bunu APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
E. Sultanov istintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyini də bildirib.
APA qeyd edir ki, “haqqin.az” saytı G. Əhmədovaya istinadən Nəsimi Rayon Məhkəməsinin onun ev dustağı olması barədə qərar çıxardığını, hər gün evində olduğu barədə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına, sahə müvəkkilinə məlumat verdiyini yazıb.
Bölüm: Xəbərlər
Oxunma sayı: 206