Gül: 1915-ci il hadisələri ilə bağlı ortaq komissiya yaradılmasına hazırıq
Prezident Abdulla Gül bəyan edib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı ortaq komissiya yaradılmasına hazırdır. Türkiyə rəsmiləri bu prinsipal mövqeni dəfələrlə dilə gətiriblər. Bir daha Abdulla Gül bu barədə təzəlikcə danıçıb. Haber3 qəzetinə istinadən, prezident bir daha vurğulayıb ki, tarixi hadisələrin araşdırılması deputat və siyasətçilərin yox, tarixçilərin işidir. Abdulla Gül qeyd edib ki, 1915-ci il hadisələrinin araşdırılmasında üçüncü ölkələr də iştirak edə bilərlər.
Bəlli olduğu kimi, erməni tərəf isə bu mövzu ətrafında saxtakarliqlarının üzə çıxacağından bərk qorxduqları üçün israr edirlər: soyqırım olub, qoy Türkiyə öncə soyqırımı tanısın, ortaq komissiya filan sonra qurula bilər… Əgər belə bir cəfəng mövqe ortaya atmasaydılar, onda onlar erməni olmazdı ki…