Muəllif:

Göytəpə əməliyyatında «İran izi»

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda narkotik maddəni — 20 kiloqramdan çox tiryək və həşişi qanunsuz dövriyyədən çıxarıb. Nazirliyin mətbuat xidməti xəbər veriri ki, Cəlilabad rayon sakini, 52 yaşlı Mirməmməd Həsənov 5 kq  tiryəki 12 min ABŞ dollarına satarkən əməliyyatçılar tərəfindən yaxalanıb. Saxlanılan şəxsin Göytəpə kənindəki yaşadığı evə baxış zamanı əlavə olaraq 15 kiloqramdan çox tiryək və həşiş aşkarlanaraq götürülüb. Mirməmməd Həsənov narkotikləri Yusif adlı İran vətəndaşından aldığını bildirib. Bir neçə il əvvəl İranda Yusiflə tanış olan Mirməmməd ondan narkotik alveri etmək təklifini alıb.

 Bir müddət əvvəl Yusif müxtəlif tərkibli narkotik maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək Mirməmməd Həsənova verib. M. Həsənov tiryəklə həşişi yaşadığı evin həyətində gizlədib və satmaq üçün Yusifdən siqnal gözləyib. Sonradan Yusif İrandan M. Həsənova zəng vurub və malın 5 kiloqramını satmağı tapşırıb. M. Həsənov alıcı ilə üz-üzə gəlməmək üçün idman çantasındakı tiryəki deyilən yerə qoyub bir qədər kənarda pulun verilməsini gözləyib. Bu zaman polis əməkdaşları onu yaxalayıb. Saxlanılan şəxs narkotik maddənin böyük hissəsini yaşadığı evin həyətindəki tövlədə bel çantasında gizlətdiyini etiraf edib. Həyətdə axtarış aparılıb və narkotik maddələr maddi sübut kimi götürülüb.

Müəyyən olunub ki, saxlanılan şəxs əvvəllər də bir neçə dəfə İrandan göndərilən müxtəlif tərkibli narkotikləri satıb. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178