Muəllif: Redaksiya
Göyçayda məcburi köçkünün evindən 20 min manatlıq oğurluq edilib
Göyçay rayonunda yaşayan məcburi köçkünün evindən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Rayon Polisindən APA-ya verilən bilgiyə görə, hadisə rayonun Qarayazı kəndində qeydə alınıb. Kənddə müvəqqəti məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Müzəyyəm Xəlilova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs pəncərəni sındıraraq onun mənzilinə daxil olub və oradakı sandıqdan 10 min manat pul və 10 min manatlıq qızıl-zinət əşyalarını götürüb.
Polis əməkdaşları hadisə yerinə baxış keçirib. Oğurluq faktı ilə bağlı polisdə cinayət işi açılıb, oğurluq edən şəxs axtarılır.
Bölüm: Kriminal
Oxunma sayı: 127