Muəllif: Redaksiya
Göyçayda ata və oğul goreşənlər yaxalanıb
Göyçay şəhər qəbristanlığında vandalizm hərəkəti törədən ata və iki oğul goreşənlər saxlanılıb.
Qəbristanlığa yaxın məhəllədə yaşayan Tahir Qasımov (1970)T və iki oğlu
İbrahim (1995) və Nurməmməd (1997) birlikdə gecə saatlarında 4 məzarın ətrafında alüminiumdan olan məhəcərləri gizli yolla sökərək metal qəbulu məntəqəsinə satıb. Onlar 594 kq olan alüminium məhəcərləri 300 manata satdıqlarını etiraf ediblər.
Faktla bağlı yerli Polis Şöbəsində araşdırma aparılır. Belə görünür, qəbristanlıqlar metal qırıntısı yığanların hədəfindədir və hər yerdə ehtiyat tədbirləri görmək lazım gəlir.
Bölüm: Kriminal
Oxunma sayı: 229