Muəllif:

Görmə! — baş üstə, yumaram gözlərimi,

Təbrizdə elektron avadanlığı dükanları bağlanır… XXI yüzildə bunu da eşitdik. Ölməz Mirzə Ələkbər Sabirin məşhur şeiri yada düşdü: Görmə! — baş üstə, yumaram gözlərimi, Qanma! — məni məzur tut, bunu bacarmam… Şərqi Azərbaycan əyalətinin əxlaq polisinin rəisi Əlirza Hünərdust Təbrizdə 41 video və kompüter mağazasının qapadıldığı haqda açıqlama verib.
Güney Azərbaycanyönlü informasiya vasitələrinin məlumatına görə, rəis dükanların bağlanmasını «qeyri-mədəni məhsulların satışı» ilə əlaqələndirib. Onun sözlərinə əsasən, 272 kompüter mağazası, internet klub və mobil telefon mağazasında aparılmış yoxlama zamanı çoxlu sayda yaddaş kartı, «CD» və 10 ədəd kompüter müsadirə olunub. Burada, deyəsən, söhbət ondan gedir ki, insanlar gözlərini açıb dünyanı görməsinlər, görəndə öz cəmiyyətlərini mədəni dünya ilə müqayisə edər və İranın mollakratiya hakimiyyəti sərf etməyən nəticəyə gələrlər.
Polis rəisi bu əcaib əməllərinə belə aydınlıq gətirib:
«Qeyri-mədəni məhsulların satışı ilə məşğul olan vətəndaşlar barəsində cinayət işi hazırdır və həmin işlər məhkəməyə göndərilib. Bu əməlinə görə 41 mağaza bağlanıb, 93 nəfər dükan sahibindən, yaxud satıcıdan qeyri-mədəni mal satmayacaqlarına dair iltizam alınıb».
Mədəni — yəni İranın rəsmi ideologiyasına uyğun gələnlər, qeyri-mədəni — yəni uyğun gəlməyənlər. Əhalini zorla öz təsirləri altında saxlamaqdan ötrü daha nələrə əl atmırlar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 364