Muəllif:

Google Glass-ın rəqibi meydana çıxdı

Kanadanın Recon Instruments şirkəti Recon Jet günəş eynəkləri hazırlayıb və bu eynəklər şöhrətli Google Glass ilə rəqabətə hazırdır. Aksessuar smartfona və ya fitnes-ötürücüyə qoşulur və zəngləri qəbul etməyə, SMS-ləri oxumağa, eləcə də olduğu yeri müyyənləşdirməyə imkan verir.

Recon Jet idmançılar, həkimlər, geoloqlar və digər peşələrin təmsilçiləri üçün nəzərdə tutulmuşdur, onlar bu eynəyin köməyi ilə iş əsnasında əlavə informasiya ala biləcəklər.

Eynəyə bərkidilmiş HD-kamera ilə yanaşı 60 qramlıq qurğu ikinüvəli prosessora, Wi-Fi və Bluetooth modullarına, GPS, akselerometrə, termometrə və digər ötürücülərə malikdir.

Displey aksessuarın sağ hissəsində yerləşmişdir. Ondan informasiyanı oxumaqdan ötrü istifadəçiyə baxışlarını aşağı endirməsi gərəkdir. Bu onun üçün edilib ki, eynəyi gəzdirən şəxsin diqqəti yayınmasın. Batareyadan eynək 4-6 saat işləyir.

Recon Jet bəri başdan sifarişlə 499 dollara əldə edilə bilər, deyə InteNews.Ru xəbər verir. Maraqlıdır ki, onlar satışda Google Glass-dan tez – artıq iyulun sonlarından görünəcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144