Muəllif: İsmayıl Umudlu
Gömrük proqnozu doğruldacaq
Dövlət Gömrük Komitəsi (DGK) noyabrda gömrük rüsümları və vergilərinin yığılması sayəsində dövlət büdcəsinə 104,23 milyon manat köçürüb. Bu barədə çərşənbə günü Trend-ə Komitədən məlumat verilib.
Noyabrda gömrük rüsumlarından daxilolmalar 7,59 milyon manat, idxal edilən malların ƏDV-si 87,54 milyon manat, aksizlər üzrə 7,67 milyon manat, yol vergisi üzrə 1,44 milyon manat təşkil edib.
Ümumilikdə, 11 ay ərzində DGK-nın dövlət büdcəsinə köçürmələri 1,09 milyard manatı ötüb.
2011-ci il üçün DGK xətti üzrə ödənişlərin proqnozu 1,14 milyard manat məbləğində müəyyənləşdirilib. 2012-ci il üzrə proqnoz 1,2 milyard manat təşkil edir.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 136