Global Age Watch Index 2013 siyahısına düşmədik
Help Age International xeyriyyə cəmiyyəti Global Age Watch Index 2013 (pensiyaçıların həyat keyfiyyəti) adlı ilk araşdırmasını dərc edib. Araşdırma göstərib ki, yaşlı adamlar üçün ən yaxşı ölkə kimi İsveç qəbul edilib. İkinci və üçüncü yerləri Norveç ilə Almaniya tutub. Estoniya Latviya və Litvanı ötüb keçərək 29-cu yeri tutub.
Tədqiqatçılar hazırladıqları metodikanın köməyilə dünyanın 91 ölkəsində yaşlı adamların həyat keyfiyyətini və rifah səviyyəsini qiymətləndiriblər. Müəlliflər qeyd edirlər ki, bütün dünyada altmış yaşından yuxarı adamların sayı və nisbəti artır. Əgər 2012-ci ildə planetdə 809 milyon yaşlı vardısa və onların sayı dünya əhalisinin ümumi sayının 11%-ni təşkil edirdisə, 2050-ci ildə onların sayı iki milyardı ötəcək, Yer əhalisinin təxminən dörddə bir hissəsini əhatə edəcək -22%.
Tədqiqatçılar həyat keyfiyyətinin qiymətləndirilməsi üçün dörd əsas sahədə 13 indikator seçiblər: maddi təminat, sağlıq durumu, məşğulluq və təhsil, sosial mühit.
Reytinqə Şimali və Qərbi Avropa ölkələrinin rəhbərlik edəcəyi gözlənilir. Şərqi Asiyanın və Latın Amerikasının bəzi ölkələri də yaxşı yerləri tutublar.
Siyahıda ilk onluğa Niderland (4-cü yer), Kanada (5), İsveçrə (6), Yeni Zelandiya (7), ABŞ (8), İslandiya (9), Yaponiya (10) daxildir.
Sonuncu, 91-ci yerdə Əfqanıstandır.
İndeks müəllifləri qeyd edirlər ki, yüksək reytinqli ölkələr arasında Şri-Lanka (36) və Boliviya (46) da var.
Boliviya dünyanın yoxsul ölkələrindən biridir. Lakin bir müddət əvvəl yaşlı adamlarla bağlı mütərəqqi siyasət həyata keçirib. Dövlətin qocalma məsələləri üzrə Milli Planı var, yaşlı adamlara pulsuz tibbi xidmət göstərir və sosial pensiya verir.
Estoniya 29-cu yeri tutsa da, Latviya və Litva xeyli geri qalaraq 45 və 50-ci yerləri tutublar. Rusiya 78-ci yerdədir.
Güney Qafqaz ölkələrindən yalnız Azərbaycan yaşlı nəslin durumuna dair məlumatları təqdim etməyib.
Gürcüstanla Ermənistan Global Age Watch Index 2013-də müvafiq olaraq 37 və 51-ci yeri tutublar…