Muəllif:

Gizlicə Əli Kərimlinin mənzilinə giriblər. Özü də 2 dəfə…

Onlar evdə olmayanda Əli Kərimlinin evinə çağırılmamış qonaqlar gəlib. Özü də iki dəfə gəldikləri iddia edilir. AXCP sədri Əli Kərimli kənar şəxs və ya şəxslərin avqustun 9-da onun mənzilinə daxil olduqlarını açıqlamışdır. Deyib ki, bu vaxt ailəsilə birlikdə müəyyən müddətə evdən kənarda olub, bu zaman kimsə və ya kimlərsə mənzilin qapısını xüsusi üsullarla açaraq içəri girib. Mənzildən heç nə oğurlanmayıb. Bu isə çağırılmamış qonaqların nəsə başqa məqsədinin olduğunu göstərir.

Əli Kərimli “azadliq.info”ya bildirib ki, bir neçə gün qabaq da eyni hal baş verib. Yenə AXCP sədri ailəsilə birlikdə evdə olmadığı vaxt kimsə və ya kimlərsə mənzilə daxil olub.

“Bir neçə gün bundan əvvəl də ailəliklə evdə olmadığımız vaxt qapılarımızın kənar şəxs tərəfindən açılmasının əlamətlərini gördük. Hadisə qısa müddətdə iki dəfə təkrarlandığından qərara gəldim ki, bu barədə ictimaiyyəti məlumatlandırım. Çağırılmamış qonaqların evdə olmadığımız zaman mənzilimdə nə etdiklərini bilmirəm. Amma əminəm ki, bu adamlar xüsusi xidmət orqanları ilə bağlı olub və baş verənlər mənim siyasi fəaliyyətimlə bağlıdır”, — deyə Əli Kərimli bildirib

Hadisənin əlamətlərinə görə demək olar ki, Əli Kərimlinin mənzilinə gizlicə daxil olan(lar) ya ora nəsə qoyublar, ya da dinləyici qurğu yerləşdirib və ya artıq yerləşdirdikləri qurğunu təmir edib, yaxud yerini dəyişiblər.

Baş verənlər yeni bir siyasi qalmaqalın qopacağını vəd edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 148