Muəllif:

Azərbaycanlı gimnastlardan yenə xoş xəbərlər var

Yeniyetmə gimnastlardan ibarət komandamız İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə Dünya kuboku çərçivəsində beynəlxalq turnirdə bürünc medal qazanıb.
Gülsüm Şərifzadə, Səbinə Hümmətova, Aynur Mustafayeva, Emiiya Bağıyeva və Nilufər Niftəliyeva bu nəticəni finalda beş halqa ilə tapşırıqlar zamanı əldə ediblər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən, azərbaycanlı gimnastlar Belarusdan olan güclü komandanı qabaqlayıb, ikinci yeri tutan rusiyalı kollektivdən isə, cəmi 0,016 bal geri qalıblar. Birinciliyi bolqarıstanlı gimnastlar əldə ediblər.
Gimnast Marina Durunda Dünya kubokunun finalında dörd dəfə iştirak etməklə yadda qalıb. Onlardan sonuncusunda — lentlə tapşırıqlar zamanı 16 yaşlı bakılı idmançı inamla çıxış edərək Belarus, Koreya və iki ukraynalı idmançıdan sonra beşinci pilləni tutub. Gürz və çoxnövlülük üzrə tapşırıqlar zamanı o yeddinci, halqa və topla tapşırıqlar zamanı isə finalda ilk səkkizliyə iki dəfə daxil olub.
İkinci azərbaycanlı iştirakçı Lalə Yusifova çoxnövlülükdə 12-ci pilləni tutub. Milli komandanın baş məşqçisi Marina Vasilyeva deyir:

«Nəhayət, heyətində Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Bağıyeva, Səbinə Qaratova, Siyanə Vasileva və Aliyə Paşayevanın daxil olduğu böyüklərdən ibarət Azərbaycan millisi ikili yarışda altıncı olub. Onlar üç topla və iki lentlə üçüncü nəticə qazanaraq final mərhələsinə çıxıblar. Lakin son mərhələdə altıncı pilləni tutublar. Hər bir halda, mən çox şadam ki, həm fərdi, həm də qrup halında bizim gimnastlar hər yarışda finalçılar və mükafatçılar arasında olurlar. Xətt saxlanılır və mən ümid edirəm ki, o, Vyanada Avropa çempionatına qədər qalan iki yarışda da düşməyəcək».
________________________________________

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176