Muəllif:

Gimnastlarımız İsraildə 2 gümüş, 3 bürünc medal qazanıblar

Gənc gimnast Jalə Piriyeva Qran-pri mərhələləri çərçivəsində beynəlxalq turnirlərdə uğurlu çıxışını davam etdirir. İsrailin Holon şəhərindəki yarışlarda 13 yaşlı gimnast 4 medal əldə edib. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Jalə Piriyeva üç dəfə fəxri kürsünün üçüncü pilləsinə (çoxnövçülük, gürz və lentlə hərkətlərdə) qalxıb, turnirin başa çatma ərəfəsində isə topla tapşırıqda qalib gələrək gümüş medala sahiblənib.

Ayşə Mustafayeva isə yaşca daha böyük gimnastlar arasındakı yarışda ikinci yerlə kifayətlənib.
Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva hesab edir ki, Lalə Yusifova Qran-pri turnirində çox yaxşı çıxıb edib.
«Onun məqsədi finalçılar sırasına daxil olmaq idi və o, bu işin öhdəsindən əla gəldi. 17 yaşlı idmançını artıq mütəxəssislərin əksəriyyəti qiymətləndirə bilib və onun 4 mümkün finaldan 3-nə çıxması çox şeydən xəbər verir. Lalənin dördüncü olduğu topla tapşırığı məni çox sevindirdi və ümidimi artırdı. Onun 0,0166 balı çatmadı, bəlkə də bir az özünə inamı. Axı, o, Olimpiya oyunlarının iştirakçıları ilə birlikdə çıxış edirdi. Lakin Yusifova hər dəfə çıxışını təkmilləşdirir. Finalda gürzlə hərəkətlərdə o, 6-cı, çoxnövçülükdə 7-ci, lentlə tapşırıqda isə 8-ci nəticə göstərib. Deyə bilərəm ki, yeni proqram hamının xoşuna gəldi» , — deyə Vasilyeva qeyd edir.

Vyanada planlaşdırılan Avropa çempionatına isə üç aydan da az vaxt qalır. Mariana Vasilyeva deyir:
«Martın 15-17-Də Polşadak «Baltic Cup» beynəlxalq turnirində mövqeləri qorumağa və nəticələri yaxşılaşdırmağa çalışacağıq. Bu turnirdə gənc Züleyxa İsmayılova və yeniyetmələrdən ibarət qrup iştirak edəcək».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134