Muəllif:

Gimnastlar İtaliya, Macarıstan və Rusiyada birinci olublar

İtaliyanın klub çempionatı — A1 seriyasının ikinci turu Azərbaycanın qabaqcıl gimnastlarından biri Marina Durundanın şərəfini qoruduğu komandaya qələbə gətirib.
Azərbaycan Gimnastika Federasiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, «Armonia di Abrutsso» (Kyeta) klubu M.Durundanın çıxışı sayəsində digər rəqiblərini qabaqlaya bilib. Belə ki, gimnastımız halqa ilə hərəkətlərə görə 17,8 bal qazanıb ki, bu da onun komanda yoldaşları və bu növdə çıxış edən iştirakçılar arasında ən yüksək nəticə olub. «Armonia di Abrutsso» cəmi 100,95 bal toplayıb və hazırda hesabında 50 xalı var. M.Durundanın komandası «Gimnastika» (San-Corcio) klubunu 6 xal qabaqlayır. Bu klubu isə Ukraynanın dünya çempionu Qanna Rizatdinova arxasınca aparır.
İtaliyanın çempionatının 3-cü turu 2006-cı Olimpiya Oyunlarının paytaxtı Turində keçiriləcək.
2019-cu il Universiadasına ev sahibliyinə namizəd olan Budapeştdə isə yeniyetmələr arasında beynəlxalq turnir başa çatıb. Turnirdə «Neftçi»nin gimnastları uğurla çıxış edərək 3 qızıl və 2 gümüş medal qazanıblar.
Belə ki, Arzu Cəlilova (2004-cü il təvəllüdlü) çöxnövçülük və alətlərsiz tapşırıqda turnirin qalibi olub, iplə hərəkətlərdə isə ikinci yerə layiq görülüb. 10 yaşlı Əzizə Bayram topla tapşırıqda birinci, 2005-ci il təvəllüdlü Dəniz Yusubova isə iplə hərəkətlərdə ikinci olub.
İdman gimnastları da müvəffəqiyyətlə çıxış ediblər. Vladimirdə (Rusiya) keçirilmiş turnirdə milli komandanın üzvləri Kamran Hacıyev (1998-ci il təvəllüdlü) və Anton Yaşin (1997-ci il təvəllüdlü) 4 qızıl və 3 gümüş medala sahib çıxıblar.
Hakimlər Kamran Hacıyevi tir, təkanla tullanma və bruslar üzrə finallarda ən yaxşı gimnast seçiblər. O, sərbəst tapşırıq və halqalarda ikinci yerlə kifayətlənib. Bu növlərdə Yaşin qələbə sevinci yaşayıb. Çoxnövçülüyə gəlincə, Antonun ikinci olduğu multiyarışda, Kamran dördüncülüklə kifayətlənib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127