Muəllif:

Gevorkyanlar ailəsinin məsələsi hələ də öz müsbət həllini tapmayıb

Qorxulu bir riskə baş vuraraq ailəliklə sərhəddən güllə yağışı altına ölkəmizə pənah gətirmiş və hazırda paytaxt Bakıda yaşayan Gevorkyanlar ailəsinin əhvalı gözəldir. Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan nümayəndəliyinin əməkdaşları bu 4 nəfərlik ailəyə baş çəkiblər.

BQXK Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, başçəkmə proseduru aprelin 9-da olub. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb və eyni qaydada, ailə məlumatları alınıb.

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları — Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Bu ailə üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər, lakin məsələ hələlik öz müsbət
həllini tapmayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 158