Muəllif:

George Sabra: Türkmənlər Suriyanın ayrılmaz parçasıdır

İndiyə qədər Suriyada Türkmən soydaşlarımıza ata-oğul Əsəd dönəmində nə kimi zülmlər edildiyini yaxşı bilirik. Lakin Bəşşar Əsədin hakimiyyətdən devrilməsindən sonra demokratik bir Suriya qurulacağına, bu torpaqlarda yaşayan azı 3,5 milyonluq soydaşımızın — Azərbaycan Türkcəsində danışan qardaşlarımızın azadəliyə qovuşacağına ümidlərimiz artmışdır. Əsədə qarşı qanlı mücadilənin gedişində Türkmənlərin hərbi və siyasi baxımdan təşkilatlanma prosesinin uğurla davam etdiyini düşünürük.

Suriya Milli Şurasının başqanı George Sabra Suriya Türkmənləri Platformu tərəfindən Ankarada düzənlənən «Suriya Türkmənləri Məclisi» təsis toplantısındakı çıxışında Suriyanən bir zamanlar Orta Doğunun ulduzu, xilafətin və Atlantik Okeanından Çin sərhədlərinə qədər uzanan bir sivilizasiyanın mərkəzi, Türkmən, Kürd, Ərəb, Erməni, Azəri kimi bütün toplumların birlikdə yaşadığı torpaq parçası olduğunu xatırladıb. «Türkmənler, Suriya torpaqlarında artıq dərin kök atmışlar. Türkmənler, Suriya toxumasının əsla ayrılmaz bir parçasıdır» demişdir.

Anadolu Agentliyinə istinadən, George Sabra diqqəti bu inqilabın öz etkisini hiss etdirdiyi ilk günlərden etibarən Türkmənlərlə bərabər hərəkət etdiklərinə yönəldərək deyib ki, Türkmənlər bir çox şəhidlər vermişlər. «İnqilabın başlandığı gündən bəri Türkmənlər ilə birlikdəyik. Dövlətin siyasi strukturuhda vardırlar, milli koalisiyamızda vardırlar, hərbi şurada vardırlar. Artık Türkmənlər hər yerdə vardır» deyə ifadə etmişdir.

Demokratik bir Suriya üçün çağırışlarının davam etdiyini dilə gətirən Sabra, daha sonra deyib:

«Bütün xalqlarıyla hər kəsi qucaqlayan bir Suriya olacaqdır. Suriyada 40 ildir davam edən zülm bütün vətəndaşlar üzərində etkisini göstərmişdir. Türkmənlər ilə yanaşı xalqın bütün kəsimlərini etkiləmişdir. Ancaq Suriya özgürlüyünə qovuşanda təbii ki Türkmənlər də Kürdlər də Ərəblərin yanında yer alacaqdır. Müsəlamanlar, Xristianlar, Aleviler, İsmaililer hamısı birlikdə olacaqdır. Zorakı yönətimin yandaşları təbii ki hesab verəcəkdir. Biz bu inqilabda kimisə yox etmək, kimisə dışlayıb uzaqlaşdırmaq düşüncəsine sahib deyilik. Etnik kökəni nə olursa olsun, vətəndaşlığı və ya ictimai mənşəyi nə olursa olsun, hər kəsi qucaqlayan bir Suriya olacağıq.»

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 230