Muəllif:

General Rail Rzayevin qətlinin üstü açılmır ki, açılmır

Müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlinin üstünün açılması istiqamətində heç bir yenilik yoxdur. Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib ki, vaxtından asılı olmayaraq törədilən istənilən adam öldürmə faktı ilə bağlı cinayət işi açılır və istintaq aparılır: “Qəsdən adamöldürmə bağlı qalan bütün cinayət işləri bizim nəzarətimizdədir. Hazırda cinayətin açılması və onu törədənlərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Bılli olduğu kimi, Rail Rzayev 2009-cu il fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən CM 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 446