Muəllif:

Gənclərin 78:5%-i imkan düşən kimi Ermənistandan gedərdi

Ermənistanda maraqlı bir sosial sorgu keçirilib. Daha doğrusu sorğu diqqəti çəkən nəticə ilə bitib. Bəlli olub ki, gənclərin 78:5%-i imkan düşən kimi Ermənistandan gedərdi. 36,8%-i isə — həmişəlik və birdəfəlik
çıxıb gedərdi. Bu barədə dünən BMT Əhali Fondu Ermənistan Ofisinin təmsiçisi Qarik Ayrapetyan deyib, deyə Arminfo-nun xəbərində qeyd edilir. Gənclərin miqrasiyasının ölkə üçün xeyli təhdidlərə və risklərə yol açdığı da etiraf olunur. Ayrapetyan deyib ki, bu gün üçün Ermənistanı qüvvəsi aşıb-daşan, ən yaxşı yaradıcı yaşda olan istedadlı gənclər tərk edirlər, bu isə ölkənin inkişafına ümumilikdə olduqca mənfi təsir göstərir. Ayrapetyan görünür özünə təckinlik vermək və ya hökumətinin əl-üzünü yumaq, yaxud durumun kəskiliyini bir qədər yumşaltmaq üçün əlavə edib ki, «ölkənin taleyinə biganə olmayan gənclik təbəqəsi də
formalaşmağa başlayıb».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 114