Muəllif:

Gəncədə II Beynəlxalq Şərab Festivalı keçiriləcək

Gəncədə II Beynəlxalq Şərab Festivalı keçiriləcək. Bu haqda Gəncə şəhər İcra Hakimiyyətinin sözçüsü Kənan Məmmədov məlumat verib. Festival Gəncə şəhər İH, İİN, KTN, eləcə də, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən birgə təşkil edilir (APA).

II Beynəlxalq Şərab Festivalının 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı Çərçivəsində noyabrın 1-2-də qədim şərqin əsas ticarət və mədəniyyət mərkəzi rolunu oynamış Gəncə şəhərində keçirilməsi əlamətdar tarixi hadisələrdəndir.

II Beynəlxalq Şərab Festivalı Çərçivəsində, tədbirlər planına müvafiq olaraq, noyabrın 1-də III Bakı Beynəlxalq Humanitar Forumunun Gəncə şəhərinə səfər edəcək qonaqların qarşılanması və yerləşdirilməsi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşü, Heydər Əliyevin abidəsini ziyarət, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı ilə birgə təşkil olunan elmi-praktiki konfransda qonaqların iştirakı, Göygöl rayonunun Mixaylovka qəsəbəsində şərab istehsalı layihəsinin reallaşmasına dair Anlaşma Memorandumunun imzalanması və təməlqoyma mərasimində iştirak, “Gəncə şərab-2”, ADAU-nun Aqrotexnologiya fakültəsinin Qida Texnologiyası laboratoriyası ilə tanışlıq, şərabların dequstasiyası və ya Göygöl şərab istehsalı müəssisəsinə səfər nəzərdə tutulur.

Noyabrın 2-də isə şəhər gəzintisi, eləcə də tarixi abidələrin ziyarət edilməsi, o cümlədən, Xan Bağı, qədim Gəncə ilə tanışlıq, Xəmsə kompleksi, Şah Abbas məscidi, Cavadxan türbəsi, Çökək Hamam, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət, Gəncənin Təndir Çörəyi istehsalı turistik layihəsinin və yerli pendirinin dequstasiyası, Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş sərgiyə baxış və müvafiq konfransda iştirak, Cavadxan küçəsində təşkil olunacaq şərab festivalında iştirak və qonaqların şərəfinə M. C. Paşayev muzeyində poeziya axşamının və konsertin təşkil edilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq, şərabçılıq mədəniyyətinin formalaşması, onun ənənələrinin təbliğ olunması üçün bu festivalda respublikada fəaliyyət göstərən şərab müəssisələrinin, həmçinin, Fransa, İtaliya, İspaniya, Rumıniya, Çexiya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Çin, Avstriya, ABŞ, İsveçrə və İsraildən şərabçılar ittifaqlarının və assosiasiyaların, eləcə də şərab istehsalçılarının istehsal etdikləri şərab məhsulları ilə iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən festivalda gələcəkdə Gəncədə Fransız Çörəyi (boulangerie) layihəsinin reallaşmasına dair müzakirələrin aparılması da planlaşdırılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 334