Muəllif: Redaksiya
Gəncədə ərzaq mağazasından oğurluq edənlər saxlanılıb
Sentyabrın 14-də Gəncənin, Atatürk 265 ünvanında yerləşən mağazadan oğurluq edən şəxslər müəyyənləşərək saxlanılıb. Oğurluqda şübhəli bilinən şəxslərdən biri yetkinlik yaşına çatmayan, 1996-cı il doğumlu A.Quliyevdir. Digər şəxs isə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilən, 1983-cü il doğumlu Orxan Əliyevdir.
Saxlanılan şəxslər şəhərin mərkəzində yerləşən ərzaq mağazasının pəncərəsini sındıraraq içəriyə daxil olublar və oradan 600 manat pul, 200 manat dəyərində müxtəlif markalı siqaretlər aparılıb. Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, yetkinlik yaşına çatmayan şəxs azadlığa buraxılsa da, 30 yaşlı Orxan Əliyev saxlanılaraq barəsində cinayət işi açılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 203