Muəllif:

Gəncə dairəvi avtomobil yolu rəsmən açıldı

Bu gün Gəncə dairəvi avtomobil yolunun rəsmən açılışı olub. Ümumi uzunluğu 38 km olan yol 4 hərəkət zolağından ibarətdir. Yolun mövcud 2 hərəkət zolağının yenidən qurulması İtaliyanın «İmpreza» şirkəti, digər 2 zolağın yenidən tikintisi isə Cənubi Koreyanın «Ultra Azer Co.» şirkəti tərəfindən həyata keçirilib.

Yolun mövcud 2 zolağının yenidən qurulmasına 2009-ci ildən, digər 2 zolağın tikintisinə isə 2007-ci ilin noyabrından başlanılıb. Yol boyu 4 körpü, 82 ədəd müxtəlif diametrli boru, 4 yol qovşaşı və 8 avtobus dayanacağı inşa olunub.

Bundan əlavə, yolun keçdiyi ərazidə işarə lövhələri, yol nişanları və zəruri olan hissədə işıqlandırma sistemi quraşdırılıb.

Yol Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 344-cü km-dən başlayır və 382-ci km-də baş başa çatır. Bu yolun açılışı ilə artıq Yevlax istiqamətindən gələn nəqliyyat vasitələri Gəncə şəhərinə daxil olmadan birbaşa, maneəsiz Gəncə-Qazax avtobilil magistralına çıxa bilirlər.

Açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov,  NN «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov, Gəncə şəhər İH başçısı Elmar Vəliyev və s. iştirak ediblər.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207