Muəllif:

Gənc qızın intiharı: prokurorluq aydınlıq gətirir

Baş Prokurorluq Mingəçevirdə Nülufər Məhərrəmovanın (20 yaş) binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Qurumdan yayılan açıqlamaya görə, son günlər bəzi kütləvi informasiya vasitələrində intihar faktı siyasiləşdirilərək, buna səbəb kimi guya onun N!DA təşkilatının üzvü olması və sosial şəbəkələrdə paylaşdığı yazılarla əlaqədar şəhər polis şöbəsinə çağırılaraq ona təzyiqlər edilməsi göstərilir.

Baş Prokurorluq bu informasiyaları qəti şəkildə təkzib edərək bildirir ki, Məhərrəmova mayın 7-də səhər saat 10:00 radələrində yaşadığı mənzildən özünü ataraq hadisə yerində ölməsi faktı ilə bağlı Mingəçevir prokurorluğunda CM 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, Məhərrəmova əsaslı səbəblər olmadan mütəmadi olaraq anası ilə mübahisələr edər və valideynlərini xəbərdar etmədən tez-tez Bakıya gələrdi. Səhhətində yaranmış psixoloji pozuntularla bağlı dəfələrlə Mingəçevir və Bakıda, o cümlədən 16 aprel 2013-cü ildə Bakıda həkim-psixiatrın müayinəsindən keçərək ona müvafiq tibbi yardımlar göstərilib. Məhərrəmovanın adına yazılmış reseptlər və müxtəlif adda əsəb sakitləşdirici dərman preparatları onun ailə üzvləri tərəfindən istintaqa təqdim edilib. İstintaq zamanı mərhumun şəhər Polis Şöbəsinə çağırılması və ona təzyiqlər göstərilməsi ilə bağlı KİV-lərdə yayılan məlumatlar təsdiqini tapmayıb.

Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirildiyi deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 533