Muəllif: Redaksiya
Gənc qız gecələr divarları bərbad günə qoyurmuş
Tovuz şəhərinin gözəlliyinə xələl gətirən şəxs saxlanılıb. Tovuz polisinin gecə saatlarında keçirdiyi əməliyyat nəticəsində 23 yaşlı Firəngiz Həsənova saxlanılıb.
Firəngiz Həsənova şəhərin əsas yollarından biri olan Həzi Aslanov küçəsində yol kənarındakı hasarın görkəmini bərbad hala salarkən polis avtomobilinin faralarının işığına tuş gəlib. Divarlara reklam xarakterli yazılar yazaraq şəhərin görkəminə xələl gətirən gəncdən gördüyü işin səbəbini soruşduqda isə o, qışqırmaqla özünü müdafiə etməyə çalışıb.
Bu kimi hərəkətlər İnzibati Xətalar Məcəlləsinin 197-ci maddəsinə əsasən cəzalandırılaraq cərimələnir.
Bölüm: Xəbərlər
Oxunma sayı: 185

