Muəllif: Redaksiya
Gənc bloger niyə intihar edib?
Mayın 7-də gecə Mingəçevirdə gənc bloger Nilufər Məhərrəmova intihar edib. DİN xəbəri təsdiqləyib, lakin səbəblər barədə bir söz deyilmir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Nilufərin aprelin 14-də şəxsi
bloqunda yazdığı «İctimai rəyin süni formalaşdırılması» başlıqlı yazısına görə ona təzyiqlər olub, deyə Turan-ın xəbərində bildirilir.
Bəzi məlumatlara görə, gənc qız polisə çağırılıb. Bundan sonra blogerlə valideynləri arasında problem yaranıb. Lakin ailədən bu barədə şərh almaq mümkün olmayıb. Eyni zamanda NİDA hərəkatı gənc fəalın bu təşkilatın üzvü olduğu barədə məlumatı təsdiqləmir.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 108

