Muəllif:

“Gen MMC»nin aldatdığı vətəndaşlar aksiyaya hazırlaşırlar

“Gen MMC” mənzil tikinti şirkətinin mənzil tikintisi adı ilə aldatdığı bir qrup vətəndaş cümə günü RATİ-də mətbuat konfransı keçirib. Bu şirkət 2007-ci ildən bu yana 370-dən yuxarı vətəndaşı mənzil tikintisi adı ilə aldadır. Vətəndaşlar mənzil almaq üçün şirkətin rəhbəri Elbrus Əliyevə 8 milyon manata yaxın pul versələr də, nəticə alınmayıb. İki-üç il sonra E.Əliyev dələduzluq maddəsilə həbsə alınıb. Buna baxmayaraq, bu günə kimi nə vətəndaşlara mənzil verilib, nə də hər-hansı yardım edilib. Bu sıradan yalnız 53 ailə Masazırda mənzil ala bilib. Bu da Abşeron rayon icra başçısının mənzil tikintisinə lazımi qədər torpaq ayırması ilə mümkün olub.
Zərərçəkənlərin nümayəndəsi Fəridə Ələkbərova bu qədər vətəndaşın aldadılmasına görə təkcə E.Əliyevin deyil, həm də vətəndaşları aldatmaq şəraiti yaradan, indiyə kimi tədbir görməyən rəsmi qurumların da məsuliyyət daşıdıqlarını vurğulayıb. Müxtəlif məhkəmə instansiyaları keçilsə də, problemin həllinə elə bir ciddi təsiri olmayıb. Bununla belə, zərərçəkənlər avqustun 22-nə məhkəmə prosesinə hazırlaşırlar.
Bununla yanaşı, vətəndaşlar mənzillərini əldə edə bilmək üçün kütləvi aksiayalar keçirmək təklifi veriblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 228