Muəllif:

«Gəmi təmiri və gəmiqayırma» İB-nin açılışı oldu

Bu gün Zığda «Gəmi təmiri və gəmiqayırma» İstehsalat Birliyinin açılışı olub və törəndə prezident İlham Əliyev iştirak edib. Qeyd edilir ki, Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş «Gəmi təmiri və gəmiqayırma» İstehsalat Birliyi müasir tələblərə cavab verir. İB keçmişdə «Paris Kommunası» adına gəmi təmiri zavodu və İlham Allahverdiyev adına gəmi təmiri-gəmiqayırma zavodunun varisidir. Sözügedən müəssisələrin bir hissəsinin sökülməsindən sonra Zığ şosesi yaxınlığında «Gəmi təmiri və gəmiqayırma» İB adı ilə son iki ildə inşa olunub. İnşaat işləri 2011-2012-ci illərdə həyata keçirilib.

Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov prezidentə məlumat verərkən bildirib ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrikquraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün modern dəzgahlar, avadanlıq və ləvazimat alınaraq quraşdırılıb.

Bildirildi ki, 2,2 hektar sahədə 6 sex binası inşa olunub, müvafiq kommunikasiya xətləri çəkilib, lazımi infrastruktur yaradılıb. Bu ərazidə böyük sahilbərkitmə işləri görülüb, ümumi uzunluğu 1400 metr olan yanalma körpüləri və dalğaqıran inşa edilib. Bu körpülərdə, eyni zamanda iriölçülü 8 gəmi təmirə dayana biləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1413