Muəllif:

Gəlin, Berti Foqtsa təzyiq göstərməyək

Sözün düzü, İcraiyyə Komitəsinin üzvləri ilə münasibətdə olsaq da, Berti Foqtsun məsələsini müzakirə etməmişik.AFFA-nın baş katibi Elxan Məmmədov bunu Foqtsun ilin sonunda komandada qalıb-qalmayacağı məsələsinə toxunarkən deyib. Şimali İrlandiya və Rusiya ilə oyunlarda milli xal qazanacağı halda, bu, alman məşqçinin komandada qalmasına səbəb ola bilər. Daha doğrusu, İcraiyyə Komitəsinin üzvlərinin bu məsələdə fikirlərini dəyişməsi mümkündür.

Baş katib bununla bağlı belə deyib: “Növbəti oyunlarda da yaxşı nəticə qazansaq, Foqtsun qalıb-qalmayacağına dair onların fikirlərinin dəyişəcəyini deyə bilmərəm. Gəlin, Foqtsa təzyiq göstərməyək. Onlar sona kimi işləsin. Bu məsələyə tsiklin sonunda baxarıq” (Apasport).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135