Muəllif: Redaksiya
Gələn ildən ölkə rəqəmsal TV-yə keçir
Analoq yayımı ilin sonunadək dayandırılacaq. Bu barədə bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycan televiziyası 2014-cü ildən başlayaraq tam rəqəmsal formatda yayımlanacaq.
Analoq siqnalının mərhələli olaraq rəqəmsalla əvəzlənməsi Azərbaycanın regionlarından başlayacaq.
İlin sonunadək Azərbaycan əhalisi DVB-T standartında rəqəmsal televizya siqnalı ilə 100 faiz əhatə olunacaq. Hazırda respublika əhalisinin 94,3 faizi rəqəmsal televizya siqnalı ilə əhatə olunub.
Bölüm: Xəbərlər
Oxunma sayı: 148

