Muəllif:

Futbola görə əmisini öldürdü, 13 il 6 ay cəza aldı

Adam öldürməkdə təqsirli bilinən Masallı rayon sakini, 20 yaşlı Oqtay Mahmudovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, 2012-ci il sentyabrın 25-də 1956-cı il təvəllüdlü Mahmudağa Mahmudov yaşadığı evin həyətində qardaşının nəvəsi, 20 yaşlı Oqtay Mahmudov tərəfindən bıçaqlanılıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Araşdırmalar zamanı müəyyən edilib ki, qətlə onlar arasında yaranan mübahisə səbəb olub. Oqtay Mahmudov futbola baxmaq istəyib və televizorun pultunu 56 yaşlı kişinin əlindən alaraq kanalı dəyişib. Mahmudağa Mahmudov qardaşı nəvəsinin bu hərəkətindən əsəbiləşərək onu təhqir edib. Hərbi xidmətdən yeni qayıdan gənc kişinin sözlərindən sonra özündən çıxıb və bıçağı götürərək ona hücum edib.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Oktay Mahmudov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183