Muəllif: Zəminə Rüstəmova
Fuad Poladov böyrək ağrılarından əziyyət çəkir
Ağrılarım hələ də var. Sağ olsun həkimlər, vəziyyətim pisləşən kimi müdaxilə etdilər. Bu sözləri hafta-ichi.az-a Xalq artisti Fuad Poladov bildirdi. O, səhhəti ilə bağlı danışmağa çətinlik çəkir. Hələlik nə vaxt əməliyyat olunacağını bilməyən və güclə danışan aktyor böyrəyindəki ağrılardan huşunu da itirib: “Əməliyyat olunub-olunmayacağımı həkimlər deyəcək. Ya əməliyyat olunacağam, ya da müalicə yolu ilə məni sağaldacaqlar”.
Fuad Poladovun səhhətindəki bu ciddi problem yeni deyil, 10 ilə yaxındır böyrək ağrılarından əziyyət çəkir. Sancılarının daha da güclənməsi ilə əlaqədar özəl klinikalardan birinə yerləşdirilən aktyor həkimlərin qərarını gözləyir.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 337