Muəllif:

FTX zabiti Ermənistan KİV-in pulunu çırpışdırıb

Ermənistanda rus dilində nəşr edilən “Tretya sila plyus” qəzeti RF FTX direktoru Bortnikovun adına açıq məktub göndərərək təşkilatın podpolkovniki Vadim Pozdışevi məsuliyyətə cəlb etməyə çağırıb.  2011-ci ilin iyulunda Pozdışev qəzetin beynəlmiləlçi kollektivi tərəfindən qazanılan və Moskvanın “Alfa”bankında saxlanılan maliyyə vəsaitini mənimsəməyə görə FTX-də xidmətdən xaric edilib.

“FTX onu oğurluğa və jurnalistləri qarət etdiyinə görə cəzalandırıb, hətta RF-dan kənara çıxmağı qadağan edib, lakin bizim pullarımız qaytarmağa tələsmir. Bundan əlavə, qanun pozucusunun işə düzəlməsi ilə məşğul  olur, onu RBEGROUP-da analitik şöbənin rəhbəri vəzifəsinə keçirir”, — məktubda deyilir.

Nəticədə qəzet öz fəaliyyətini dayandırmalı olub, jurnalistlərin FTX-yə çoxsaylı müraciətləri cavabsız qalıb. Qəzetin əməkdaşları yenidən FTX rəhbərinə müraciət edərək bu işi sona çatdırmağa və qanunçuluğu bərpa etdirməyə çağırıblar.

“Biz Rusiyanın Yerevandakı səfirliyinin gecə-gündüz təbliğ etdiyi və oğurluq, ölkənin müstəqil  KİV-nin bağlanması ilə başlayan Gömrük, Avrasiya və digər  ittifaqlara inteqrasiyanın Ermənistan vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasına yönələn məqsədyönlü siyasət yox, xoşagəlməz anlaşılmazlıq olduğuna inanmaq istəyirik.

Sizə bildirmək istəyirik ki, qəzetin kollektivi Rusiyanın Ermənistandakı səfirliyinin hədə-qorxularına, təzyiqlərinə baxmayaraq,  sizin əməkdaşların kriminal özbaşınalıqları, RF FTX -nin 2 ildən artıq məsələnin həllini süni şəkildə yubatması ilə barışmayacaq”, — məktubda deyilir. Məktubu qəzetin icraçı direktoru Nelson Sarkisyan və redaktor müavini İrina Marutyan imzalayıblar (Turan). 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119